“Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır” - Azərbaycan XİN başçısı

22:40 08.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hərbi əsirlər kimi Ermənistan tərəfindən təqdim olunan mövzunun mahiyyəti fərqlidir. Azərbaycan bütün sahələrdə öz öhdəliklərinə ciddi yanaşan və məsuliyyətli, beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısıdır və bunu dəfələrlə sübut edib. 10 noyabr tarixli  bəyanatın imzalanmasından sonra  bütün müstəvilərdə Azərbaycan özünü çox məsuliyyətli davranışını təsdiq edib”. 

Hafta.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib. 

Nazir qeyd edib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim etdi: “Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim etdi, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarıldı. Qeyd edim ki, Azərbaycan, həmçinin, mülki şəxsləri, hansılar ki, müharibə zamanı Ermənistan tərəfindən yaşlı mülki şəxslər həmin ərazidə kimsəsiz buraxılmışdı, onları da Qızıl Xaç Təşkilatı vasitəsilə hərbi əməliyyatlar gedən zaman Azərbaycan onları təqdim etdi. Hazırda Ermənistan tərəfindən qaldırılan mövzunun tarixçəsi ilə bağlı qeyd edim ki, bu üçtərəfli bəyanat imzalandıqdan və tərəflər öz üzərinə öhdəlik götürdükdən sonra, təxminən bir ay sonra meydana çıxan məsələdir”.  

 

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb. BMT Baş katibinə bu faktla bağlı məktub ünvanlamışıq. Bunun regiona təhdid adlandırmışıq, Ermənistana təzyiq göstərilməsini istəmişik. Ermənistan bu kimi spekuliyasiyalarla üçrərəfli bəyanata zidd olan addımlarını gizlətmək istəyir”.